Rusiya Ukrayna ərazilərini bombalayır: ölənlər var | VİDEO

Rusiya Ukrayna ərazilərini bombalayır: ölənlər var    | VİDEO
  17 Noyabr 2025    Oxunub:659
Noyabrın 17-nə keçən gecə Rusiya hərbçilərinin Odessaya hücumu nəticəsində enerji və liman infrastrukturu obyektlərində yanğınlar baş verib, limanlarda dayanmış bir neçə mülki gəmiyə ziyan dəyib.
AzVision.az xəbər verir ki, Ukrayna baş nazirinin ölkənin bərpası üzrə müavini Aleksey Kuleba bununla bağlı öz Telehram-kanalında paylaşım edib.

Xerson vilayətinin Dövlət administrasiyasının rəhbəri, Aleksandr Prokudin, öz növbəsində, son 24 saat ərzində Rusiyanın endirdiyi zərbələr nəticəsində bölgədə 1 nəfərin öldüyünü, 11 adamın isə yaralandığını açıqlayıb.

“Həmçinin bir neçə yaşayış binası, şəxsi avtomobil, təcili yardım maşınları, qaz xətti zədələnib”, - Prokudin öz Telegram-kanalında yazıb.

Rusiya Xarkov vilayətinə zərbələr endirib: ölənlər var
Bundan başqa, Rusiya ordusu Odessa vilayətinin İzmail şəhərinin liman infrastrukturuna hücum edib.

Xatırladaq ki, bu gecə Rusiyanın Ukraynanın Xarkov vilayətinə də endirdiyi raket zərbələri nəticəsində ən azı 4 nəfər həlak olub, 20 adam isə yaralanıb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   Ukrayna   bombalamaq  



Xəbər lenti