“Əvvəllər nisbətən kiçik nüvə arsenalına malik olan Pekin hazırda öz imkanlarını fəal şəkildə genişləndirir və 2030-cu illərin ortalarında onun ABŞ ilə paritetə çatacağı planlaşdırılır. Eyni zamanda, Rusiya Amerika şəhərlərini məhv etmək üçün nəzərdə tutulmuş yeni nəsil nüvə sistemləri hazırlayır”, - məqalədə deyilir.
Nəşr xatırladır ki, 2026-cı ilin fevralında başa çatacaq Strateji Hücum Silahları-3 (SHS-3) müqaviləsi çərçivəsində öz üzərlərinə məhdudiyyətlər barədə öhdəlik götürən Moskva və Vaşinqtondan fərqli olaraq, nüvə silahlarına nəzarət sistemində iştirak etməyən Çin nüvə arsenalını sürətlə genişləndirir.
|
| Tramp: “ABŞ dünyanı 150 dəfə partlada bilər” |
Eyni zamanda “nüvə klubu” nun fəal üzvü olan Şimali Koreya təxminən 50 döyüş başlığına malikdir və ABŞ-yə zərbə endirmək üçün raket və sualtı qayıqlar hazırlayır.
“WSJ” qeyd edir ki, Amerikanın nüvə silahlarının modernləşdirilməsi proqramı Rusiya, Çin və Şimali Koreyadan gələn təhdidlərin artmayacağına dair fərziyyəyə əsaslanırdı, lakin bu gözləntilərin yanlış olduğu aydınlaşdı.
- Biz daha çox soyuq müharibəyə bənzəyən üçüncü nüvə dövrünə qədəm qoyuruq”, - Pentaqonun keçmiş əməkdaşı Metyu Kreniq vurğulayıb.
Hələlik silahlara nəzarət danışıqlarına hazır olmayan Çin səylərini bu müstəvidə ABŞ və Rusiyaya çatmağa yönəldir.
“Pekinin məqsədi o qədər böyük arsenal qurmaqdır ki, ABŞ-nin bu ölkəyə qarşı nüvə silahından istifadə etməyə heç vaxt cəsarəti çatmasın”, - bəzi çinli hərbi ekspertlərin açıq şəkildə verdikləri bəyanatlardan qəzet sitat gətirir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


