ÜDM-in 3,3 faiz artması gözlənilir

   ÜDM-in 3,3 faiz artması gözlənilir
  19 Noyabr 2025    Oxunub:849
ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunur.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı söyləyib.

Nazir bildirib ki, 2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla 2022-2025-ci illərdə orta illik hesabla ÜDM-in 3,3 faiz artması gözlənilir. Bu da strategiya ilə müəyyən edilmiş diapazon (3-4 faiz) çərçivəsindədir. Ümumi daxili məhsulun artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunmaqla, bu sektor üzrə ÜDM-in orta illik artımının 6,1 faiz olacağı gözlənilir ki, bu da 2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası ilə müəyyən olunmuş hədəfdən (5 fai) 1,1 faiz bənd yüksəkdir.

AzVision.az


Teqlər:



Xəbər lenti