İsrail prezidenti üzr istədi

İsrail prezidenti üzr istədi
  13 Avqust 2014    Oxunub:3104
İsrail prezidenti Reuven Rivlin ötən ay Braziliyanı “diplomatik cücə” adlandıran XİN rəsmisinin sözləri ilə əlaqədar Braziliya prezidenti Dilma Rusefə zəng edərək ondan üzr istəyib.
Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Braziliya prezidentinin mətbuta xidməninin yaydığı açıqlamaya görə, Rivlin Rusefə zəng edərək İsrail Xarici İşlər Nazirliyi Yigal Palmorun “The Jerusalem Post” qəzetinə verdiyi açıqlamanın İsrail xalqının düşüncələrini əks etdirmədiyini və rəsmi nümayəndənin işlətdiyi sözlərə görə üzr istədiyini bildirib.

Telefon danışığı zamanı Rusef İsrailə atılan raketləri qınadıqlarını lakin, Qəzzada limitsiz hərbi gücünün tətbiq olunmasının yolverilməzliyini bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti