Saakaşviliyə qarşı yeni ittiham

Saakaşviliyə qarşı yeni ittiham
  13 Avqust 2014    Oxunub:2033
Gürcüstan Baş Prokurorluğu sabiq prezident Mixeil Saakaşviliyə qarşı yeni ittiham irəli sürüb.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu dəfə sabiq prezident büdcə vasitələrinin israf edilməsində ittiham edib.

“Saakaşvili büdcə vasitələrinin israf edilməsi işi üzrə cinayət məsuliyyətinə cəlb edilib” – deyə, Prokurorluğun təşkil etdiyi brifinqdə bildirilib.

Qeyd edək ki, Tbilisi şəhər məhkəməsi ölkənin baş prokurorunun tələbi ilə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilini qiyabi olaraq həbs edib.

Tbilisi şəhər məhkəməsi həmçinin Gürcüstanın sabiq nazirləri - ədliyyə naziri Zurab Adeişvili, müdafiə naziri David Kezeraşvili barədə də qiyabi olaraq həbs qərar verib.

Qeyd edək ki, Gürcüstan prokurorluğu ölkənin sabiq Prezidenti Mixeil Saakaşvili barəsində cinayət işi qaldırıb.

Keçmiş dövlət başçısı 2007-ci il noyabrın 7-də dinc aksiyanın qeyri-qanuni dağıdılmasında, "İmedi" teleşirkətinin mənimsənilməsində və biznesmen Badri Patarkatsişvilinin əmlakının qeyri-qanuni mənimsənilməsində ittiham olunur.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti