Azərbaycanda istehsal edilən elektron məhsulların həcmi açıqlanıb

Azərbaycanda istehsal edilən elektron məhsulların həcmi açıqlanıb
  22 Noyabr 2025    Oxunub:1302
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 253,4 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən AzVision.az -a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 11,6% azalıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 98,4% artıb.

10 ayda illik müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı sahəsi üzrə notbukların istehsalı 15,6 dəfə artıb, elektrik avadanlıqlarının istehsalı sahəsi üzrə elektrik tənzimləyici cihazların istehsalı 20%, güc transformatorlarının istehsalı isə 71,1% azalıb.

AzVision.az


Teqlər: elektronika   statistika  



Xəbər lenti