Ukrayna ordusuna ağır zərbə: Ölənlər var

Ukrayna ordusuna ağır zərbə: Ölənlər var
  13 Avqust 2014    Oxunub:3435
Ukraynanın “Sağ sektor” hərəkatı Donetsk yaxınlığında avtobusun atəşə tutulması nəticəsində 12 döyüşçüsünün öldürüldüyünü açıqlayıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Artıq “Donetsk Xalq Respublikası”nın rəsmiləri də bu faktı təsdiqləyib. Onların verdiyi məlumata görə, içərisində hərbçilər olan avtobus separatçıların blokpostuna yaxınlaşaraq, ordakı insanlara atəş açıb. Nəticədə bir insan ölüb. Bundan sonra separatçılar cavab atəşi açıblar.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti