Nigeriyada 300-dən çox şagird və müəllim girov götürülüb

   Nigeriyada 300-dən çox şagird və müəllim girov götürülüb
  23 Noyabr 2025    Oxunub:970
Nigeriyanın Niger ştatında St.Marry Katolik məktəbinə silahlı basqın olub. 303 şagir və 12 müəllim əsir götürülüb.
AzVision.az xəbər verir ki, bu barədə CAN ( Christian Association of Nigeria ) məlumat yayıb. Təşkilatın sözçüsü bildirib ki, əvvəlcə 227 insanın oğurlandığı bildirilsə də , son yoxlama zamanı bu rəqəmin artıq olduğu bildirilib.

Ölkənin polis və digər güc strukturları axtarışları davam etdirirlər. Katolik Kontagora Diezesinin katibi Rev.Fr.Jatau Joseph , hadisəni qətiyyətlə pisləyib və təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etdiklərini bildirib.

UNİCEF-in Nigeriya şöbəsi hadisəni "uşaqların hüquqlarına ağır zərbə" adlandıraraq , bütün girovların azad edilməsini tələb edib.

Qeyd edək ki, bu hadisə Nigeriyada məktəblərə edilən bir neçə oxşar basqınlardan biridir.Çox vaxt bu qruplaşmalar uşaqlar üçün fidyə tələb edirlər.

AzVision.az






Teqlər:



Xəbər lenti