Ərdoğan hava limanına öz adını verir

Ərdoğan hava limanına öz adını verir
  13 Avqust 2014    Oxunub:2424
Türkiyədə tikilən 3-cü hava limanının adı RTE – Rəcəb Tayyip Ərdoğan ola bilər.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təməli 2 ay əvvəl Ərdoğan tərəfindən qoyulmuş aeroporta elə onun adının verilməsi gözlənilir.

Bildirilir ki, hava limanının adının Mövlanə, Fateh, Qanuni, Atatürk kimi bir çox adların olması müzakirə edilsə də, leyihəni həyata keçirən şirkətlər aeroportun adının RTE olmasını istəyib. Bu təklif dövlət rəsmilər tərəfindən də qəbul edilib.

Qeyd olunur ki, bu qərar çoxdan verilsə də, Ərdoğanın prezident seçilməsi gözlənilirdi.

AzVision.az


Teqlər:





Xəbər lenti