Mikayıl Cabbarov Pakistanın Baş naziri ilə görüşüb

Mikayıl Cabbarov Pakistanın Baş naziri ilə görüşüb
  26 Noyabr 2025    Oxunub:1096
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu ölkədə səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyində nümayəndə heyətini qəbul edib.
İqtisadiyyat Nazirliyindən AzVision.az -a verilən məlumata əsasən, qəbul zamanı vurğulanıb ki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığı müxtəlif istiqamətlər üzrə intensiv inkişaf edir və iqtisadi əməkdaşlığa mühüm töhfələr verir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüş və tədbirlər, imzalanan sənədlər hər iki ölkə üçün faydalı işbirliyi baxımından mühüm önəm kəsb edir. Bununla yanaşı, investisiya üzrə birgə fəaliyyət, eləcə də digər iqtisadi istiqamətlər üzrə əməkdaşlıq üçün geniş potensial var.

Tərəflər ikitərəfli münasibətlərin prioritet istiqamətləri və biznes əlaqələrinin şaxələndirilməsi barədə fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər: Azərbaycan   nazir   Pakistan   səfər  



Xəbər lenti