Qəzzada italiyalı jurnalist həlak oldu

Qəzzada italiyalı jurnalist həlak oldu
  13 Avqust 2014    Oxunub:1180
İtaliya XİN-i Qəzza sektorunda italiyalı jurnalist Simone Kamillini həlak olması faktını təsdiqləyib.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

“Artıq xeyli müddət davam edən münaqişə nəticəsində daha bir jurnalist həlak oldu. Son bir neç ay ərzində bu Qəzzada ölən ikinci jurnalistdir” –deyə, İtaliya XİN-in rəhbəri Federiki Moreqini bildirib.

İtaliyalı jurnalist Qəzzada minaaxtaranlarını işini lentə alan zaman həlak olub. Belə ki, onlar minanı zərərsizləşdirə bilməyiblər. Hadisə zamanı italiyalı jurnalistlə yanaşı dörd fələstinli də həlak olub.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti