G7 Ukraynaya 30,9 milyard avro ayırıb

G7 Ukraynaya 30,9 milyard avro ayırıb
  26 Noyabr 2025    Oxunub:1010
"Yeddilik qrupu” ölkələri artıq ERA - Rusiyanın dondurulmuş aktivlərinin reinvestisiyasından əldə olunan gəlirlər hesabına 45 milyard avroluq kreditlərin 30,9 milyardını artıq Kiyevə ötürüblər. Bu kreditlərin ödənilməsi 2042-ci ilə qədər davam edəcək.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının iqtisadiyyat üzrə ali komissarı Valdis Dombrovskis Avropa Parlamentinin sessiyasında çıxışı zamanı danışıb.

"Avropa İttifaqının təşəbbüsü ilə “yeddilik qrupu” ölkələri 2024-cü ildə 45 milyard avroluq kredit xətti qəbul ediblər. Bu kreditlər Rusiyanın aktivlərinin reinvestisiyasından əldə edilən gəlirlər hesabına ödəniləcək . Bu kredit xətti çərçivəsində Ukraynaya artıq 30,9 milyard avro daxil olub, bunun 18,1 milyardı Aİ ölkələri tərəfindən təmin edilib”, - Dombrovskis bildirib.

Qeyd edək ki, Avrokomissiyanın noyabrın əvvəlində açıqladığı və Rusiyanın aktivlərinin ekspropriasiyasını nəzərdə tutan “reparasiya krediti” sxeminə əsasən, AK Avropa İttifaqında bloklanmış təxminən 200 milyard avro həcmində Rusiya aktivlərinin 140 milyard avrodan çox olmayan hissəsini müsadirə etməyi planlaşdırır. Qalan vəsait isə 2024-cü il üçün ERA kredit xəttinin birbaşa maliyyələşdirilməsinə yönəldiləcək.

AzVision.az



Teqlər:



Xəbər lenti