AMEA-da seçki keçirilir

AMEA-da seçki keçirilir
  24 Aprel 2013    Oxunub:1571
AMEA-ın illik hesabat yığıncağında hökumət və dövlət nümayəndələri iştirak edir.
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik yığıncağı keçirilir. AzVision.az xəbər verir ki, illik hesabat yığıncağı başlayıb. İclasda Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev, Sənaye və energetika naziri Natiq Əliyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, digər ali məktəblərin rektorları Abel Məhərrmov, Şəmsəddin Hacıyev, Eldar Quliyev, millət vəkilləri, AMEA-nın həqiqi və müxbir üzvləri iştirak edirlər.

Hazırda AMEA prezidenti Akif Əlizadə çıxış edir. Daha sonra AMEA Rəyasət Heyətinin akademik katibi Vaqif Fərzəliyev Akademiyanın ötən ilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edəcək.

Xatırladaq ki, iclasda daha sonra AMEA prezidenti vəzifəsinə seçki keçiriləcək. AMEA Rəyasət Heyətinin üzvləri də bu günki iclasda seçiləcək.










Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti