Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub
Həmçinin Konfederasiyanın əmək hüquqlarının müdafiəsi, layiqli əmək şəraitinin təmin olunması, üzvlərin sağlamlığının qorunması, istirahətinin təşkili və rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilib. Mədəniyyət nazirinin müavini Fərid Cəfərov həmkarlar ittifaqlarının fəaliyyətini yüksək qiymətləndirərək mədəniyyət, idman və media sahəsində çalışan vətəndaşların əmək hüquqlarının qorunmasında təşkilatın rolunu qeyd edib.
Milli Məclisin sədr müavini Rafael Hüseynov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Xalq yazıçısı Çingiz Abdullayev ölkəmizin mədəni inkişafında bu sahədə çalışan şəxslərin əməyini qeyd edib, həmkarlar ittifaqlarının mədəniyyət sahəsində gördüyü işləri diqqətə çatdırıblar. Tədbirdə Qazaxıstan və Özbəkistan həmkar ittifaqlarının nümayəndələri də çıxış edərək ölkələrimiz arasında mədəni əlaqələrdən danışıb, əmək münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqlarının rolunu qeyd ediblər.
Yubiley çərçivəsində AHİK və MİHİ-nin həyata keçirdiyi layihələr və yeniliklər barədə videotəqdimatlar nümayiş olunub, bədii hissədə isə mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları təqdim edilib. Tədbirin davamında əmək münasibətlərində sosial dialoqun inkişafına həsr olunmuş iki panel müzakirəsi keçirilib. "İşçi ilə əməkdaşlıq" və "İşəgötürənlə əməkdaşlıq" mövzularında təşkil olunan panellərdə dövlət qurumlarının nümayəndələri, həmkarlar ittifaqları təmsilçiləri və özəl sektor rəhbərləri əmək bazarının aktual məsələlərini, sosial tərəfdaşlıq imkanlarını və işçi rifahının artırılması yollarını müzakirə ediblər.
"Həmkarlarla 120 il" yubiley tədbiri MİHİ-nin ölkə mədəniyyətinin inkişafında, işçi hüquqlarının müdafiəsində və həmkar həmrəyliyinin gücləndirilməsində oynadığı mühüm rolun bir daha təsdiqi kimi qiymətləndirilib. MİHİ mədəniyyət, incəsənət, media və idman sahəsində çalışan əməkdaşların sosial-iqtisadi hüquqlarının müdafiəsi istiqamətində 120 illik fəaliyyətə malikdir. 1905-ci ildə "Çapçılar İttifaqı" adı ilə fəaliyyətə başlayan təşkilat ölkənin mədəni həyatında yaradıcı insanların əmək hüquqlarının müdafiəsində mühüm rol oynayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


