Ölkədə yağıntılı hava hökm sürür

Ölkədə yağıntılı hava hökm sürür
  05 Dekabr 2025    Oxunub:1262
Dekabrın 5-i saat 10:00 üçün məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən əsasən, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. Düşən yağıntının miqdarı Lerikdə 9, Bakıda və Abşeron yarımadasında 7, Şəmkir və Qubada 4, Qobustanda 3, Astara, Şabran və Lənkəranda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ordubad, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Altıağac, Qusar, Beyləqan, Sabirabad, Göyçay, Neftçala, Yardımlıda 1 mm-dir.

Naxçıvan, Şərur, Sədərək, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Şamaxı, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

AzVision.az


Teqlər: hava   yağış  



Xəbər lenti