Daily Mail: “Venesuela Ukraynadan vacibdir”

      Daily Mail:    “Venesuela Ukraynadan vacibdir”
  05 Dekabr 2025    Oxunub:1447
ABŞ-nin Dövlət katibi Marko Rubio öz siyasi gələcəyini möhkəmləndirmək ümidi ilə xarici siyasət kursunda diqqətini Ukraynadan Venesuelaya yönəldib.
AzVision.az xəbər verir ki, adının şəkilməsini istəyən amerikalı mənbəyə istinad edən “Daily Mail” nəşrinin məlumatına görə, Marko Rubionun “Venesuelaya fokuslanması” hakimiyyətdə öz mövqelərini gücləndirmək istəyi ilə bağlıdır.

“Dövlət katibinin əsas prioriteti “Latın Amerikası gündəmi”dir: o, Floridadakı varlı venesuelalıların dəstəyini almalıdır ki, bu da onun siyasi gələcəyi üçün çox vacibdir. Marko Rubio Ukraynanı MAGA (Make America Great Again – “Amerikanı yenidən birinci edək”) hərəkatı çərçivəsində “uduşsuz məsələ” sayır”, - amerikalı məmur iddia edib.

Marko Rubio özü bir neçə gün əvvəl verdiyi müsahibədə vurğulayıb ki, “Öncə Amerika” prinsipinə diqqət yetirməklə yanaşı, ABŞ-nin diqqəti ilk növbədə Qərb yarımkürəsinə yönəlməlidir. Onun fikrincə, amerikalılar üçün “xaricdəki müharibələrdən” daha çox vətənə yaxın təhdidlər vacibdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rubio   Venesuela   Ukrayna  



Xəbər lenti