Türkiyə futbolunda kütləvi həbslər
Bundan başqa, “Ankarasspor” klubunun sahibi Əhməd Okatan, klubun prezidenti Mehmet Emin Katipoğlu, “Nazırlı Belediyespor” klubunun prezidenti Şahin Kaya, “Adanadamirspor” komandasının sabiq prezidenti Murat Sancak da saxlanılıb. Beş şübhəlinin xaricdə olması müəyyən edilib.
Məlumatda bildirilir ki, qeyri-qanuni mərc oyunları ilə bağlı istintaq ötən ay Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlunun sensasion bəyanatından sonra başlayıb. Bunun ardınca bir neçə tanınmış hakim həbs edilib.
Belə ki, Hacıosmanoğlu ötən həftə keçirdiyi mətbuat konfransında futbolda asayişin bərpasının yalnız hakimlərin saxlanması ilə bitməyəcəyinə eyham vurmuşdu.
“Futbol sferasında təmizləmə yalnız hakimlərə yönəlməməlidir. Bu baş verərsə, futbolun bütün istiqamətləri üzrə iş aparılmalıdır. Biz hakimlərlə başladıq, futbolçularla davam edirik. Bu araşdırmadan sonra həm özümüzün, həm də Türkiyə Futbol Federasiyasının yolunu təmizləyəcəyik”, - İbrahim Hacıosmanoğlu vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Türkiyə futbol həbslər







Vaxtında, Aydın, Lazımlı!


