Cəmil Çiçək Azərbaycana görə narahatdır

Cəmil Çiçək Azərbaycana görə narahatdır
  14 Avqust 2014    Oxunub:2555
Minsk qrupu deyilən bir qrup yaratdılar. Adı var, özü yoxdur.
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Türkiyədə müalicə alan azərbaycanlı əsgərlərə baş çəkib.

AzVision.az xəbər verir ki, C.Çiçək ziyarətdən sonra jurnalistlərə açıqlama verib və əsgərlərimiz barədə danışıb.

“Azərbaycandan gələn yaralılara “keçmiş olsun” demək üçün gəldik. Azərbaycandan gələnlərdən biri zabit, digərləri isə əsgərdir. Ermənistanın qeyri-konstruktiv mövqeyinə 1 milyondan çox azərbaycanlı yerindən, yurdundan oldu. Böyük çətinliklə həyatlarını davam etdirirlər. Amma dünyanın vecinə deyil. Dünya birliyi müəyyən bir bölgədə meydana gələn problemi müzakirə edir, öz vicdanlarını rahatlamaq üçün bəyanat verir, sonra da onları taleyin axarına buraxılar. Amma demokratika adına natiqliklərindən də geri qalmırlar. Azərbaycanda yaşanan çətinliyi ancaq onların özləri bilir və biz bilirik”.

Cəmil Çiçək daha sonra ATƏT-in Minsk qrupunun fəaliyyərtsizliyindən şikayətlənib:

“Minsk qrupu deyilən bir qrup yaratdılar. Adı var, özü yoxdur. Insanlar əzab çəkir, torpaqlarından qaçqın düşüb. Bu iki qardaşımız da Türkiyədə müalicə alır. Birinin ayaqları kəsilib, bundan sonra həyatına belə davam edəcək. Digəri isə reanimasiyadadır”-deyə, TBMM sədri qeyd edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti