Azərbaycanda yeni animasiya filmi çəkilib
Animasiya filmində əsas mövzu müasir dövrdə yaşayan yeniyetmə Cırtdanın özünün də gözləmədiyi halda keçmişə düşməsi və çox təhlükəli macəralara qoşulmasıdır. Onunla bu macəralarda ən yaxın dostu tutuquşu Qaqqili də iştirak edir. Filmdə 8 personaj var. Elementlər və detallar üzərində işlər çox dəqiqliklə aparılır. Yaradıcı heyət hər bir detalda, obrazda azərbaycanlılığın hiss olunmasını qarşısına məqsəd qoyub. Filmin preprodakşn (ön hazırlıq) mərhələsi artıq bitib. Hazırda istehsal mərhələsinə başlanılıb. Xronometrajı 14 dəqiqə olacaq filmin bir ilə hazır olması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycanda 3D formatında ilk animasiya filmini məhz "3Dost" animasiya studiyası çəkib. 2012-ci ildə ərsəyə gələn film "Cırtdan və Təpəgöz" adlanır. Layihəni davam etdirmək və serial formasında animasiya filmi çəkmək nəzərdə tutulub. (buro247.az)
Teqlər: