"Ford" elektromobil istehsalını dayandırır

   "Ford" elektromobil istehsalını dayandırır
  16 Dekabr 2025    Oxunub:1180
ABŞ avtomobil istehsalçısı "Ford" elektrikli nəqliyyat vasitələri departamenti üzrə potensial 19,5 milyard dollarlıq itki səbəbi ilə "F-150" pikapının elektriklə işləyən versiyasının istehsalını dayandırır.
"The Wall Street Journal" qəzeti öz mənbələrinə istinadən yazır ki, şirkət adıçəkilən pikap modeli ilə yanaşı daha bir neçə növ yük maşını və mikroavtobusun da elektrikli variantından əl çəkir. Qəzetin məlumatına əsasən, "Ford"un hazırda üzləşdiyi zərər şirkətin tarixində ən böyük itkilərdən biridir:

"Elektrikli nəqliyyat vasitələrinə tələbatın azalması fonunda şirkət 13 milyard dollar itirib. Eyni zamanda, "Ford"un "SK Group" ilə birgə Kentukki ştatında sərmayə ayırdığı batareya zavodunun bağlanması nəticəsində istehsalçıları 6,5 milyard dollar zərərə uğrayıb".

Belə bir vəziyyətdə "Ford"un benzin və hibrid mühərrikli avtomobil istehsalına fokuslanacağı diqqətə çatdırılır:

"Şirkətin elektrikli nəqliyyat vasitələrindən tamamilə imtinası gözlənilmir. 2027-ci ilədək təqribən 30 min dəyərə malik yeni elektrikli pikap modelinin istehsalı nəzərdə tutulur".

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Ford   elektromobil   istehsal   zərər  



Xəbər lenti