AMB daha iki kredit ittifaqına icrası məcburi göstəriş verib

AMB daha iki kredit ittifaqına icrası məcburi göstəriş verib
  16 Dekabr 2025    Oxunub:309
Azərbaycan Mərkəzi Bankı (AMB) "Hacıoğlu" və "Yeni Daşkənd" kredit ittifaqlarına icrası məcburi göstəriş verib.
AzVision.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, kredit ittifaqları 2025-ci ilin III rübünə aid maliyyə hesabatlarını gecikmə ilə təqdim etdiyindən, "Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları"nın 10.3-cü bəndinin tələbi təmin edilməyib, bu səbəbdən "Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası"nın 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutularaq, kredit itifaqlarına hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

AzVision.az



Teqlər:



Xəbər lenti