Ukraynanı dağıdan nazir istefa verdi

Ukraynanı dağıdan nazir istefa verdi
  15 Avqust 2014    Oxunub:2430
Strelkov dəfələrlə müsahibə verərək Rusiyanın onlara xəyanət etdiyini bildirib.
Əvvəlcə Krımda, daha sonra Ukraynanın şərqində diversiya əməliyyatlarına başçılıq edən, ardınca rusiyameylli separatçı qüvvələrin komandanlığını üzərinə götürən məşhur QRU zabiti İqor Strelkov (Qirkin) istefaya gedib.

AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, tanınmayan “Donets Xalq Respublikası”nın “nazirlər soveti” İqor Strelkovun “müdafiə naziri” postundan istefası barədə müraciətini təmin edib. Səbəb kimi “Strelkovun başqa işə keçməsi” göstərilir.

Lakin QRU zabitinin hansı vəzifəyə təyin oldunduğu göstərilmir. Strelkovun yerinə Vladimir Kononov təyin olunub.

Bundan əvvəl separatçılara yaxın mənbələr Strelkovun yaralandığını və vəziyyətinin ağır olduğunu bildirmişdi. Lakin məlumat Strelkovun yaxın çevrəsindən təkzib olunub və onun sağ-salamat olduğu bildirilib.

Strelkovun istefaya getməsinin səbəbləri açıqlanmasa da aylardır Ukraynanın dağıdılması əməliyyatına uğurla başçılıq edən bu QRU zabitinin Kremllə münasibətlərinin son vaxtlar yaxşı olmadığı məlum idi. Strelkov dəfələrlə müsahibə verərək Rusiyanın onlara xəyanət etdiyini, qüvvələrinin tükəndiyini və Moskvadan vəd olunan hərbi dəstəyin verilmədiyini bildirib. Strelkovun istefası Ukrayna ordusunun separatçıların nəzarətində olan iki əsas yaşayış məntəqəsini-Luqanskı və Donetski mühasirədə saxladığı, bu şəhərlərə hücuma hazırlaşdığı bir vaxtda baş verir. Separatçılar etiraf edirlər ki, Rusiyadan təcili kömək gəlməsə onların məğlub olması qaçılmazdır.


Teqlər:





Xəbər lenti