Kiyev və Berlin birgə PUA istehsalına başlayır

   Kiyev və Berlin birgə PUA istehsalına başlayır
  16 Dekabr 2025    Oxunub:1111
Ukraynanın "Frontline Robotics" və Almaniyanın "Quantum Systems" şirkətləri pilotsuz uçuş aparatı (PUA) istehsalı üzrə birgə müəssisə qurub.
Bu barədə "Quantum Frontline" şirkətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Almaniya ərazisində qurulan müəssisədə Ukrayna Müdafiə Nazirliyinin sifarişi ilə ildə onlarla PUA hazırlanacaq. Müəssisənin baş direktoru Matias Lenanın sözlərinə görə, layihənin ümumi dəyəri yüz milyonlarla avrodur:
Politico: "Avropa Ukraynaya yardımın əleyhinədir"

"Layihə çərçivəsində "Linza" logistika və döyüş PUA-ları, "Zoom" kəşfiyyat PUA-ları və "Burya" avtonom döyüş modulları buraxılacaq".

Almaniya mətbuatında yayılan xəbərlərə görə, bu layihə Ukrayna və Almaniya arasında müdafiə sahəsində daha geniş əməkdaşlığa təkan verə bilər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Almaniya   Ukrayna   əməkdaşlıq   PUA   istehsal  



Xəbər lenti