Narışkin İsveçrəyə buraxılmadı

Narışkin İsveçrəyə buraxılmadı
  15 Avqust 2014    Oxunub:1832
İsveçrə parlamenti Rusiya Dövlət Duması rəhbərinin səfərini ləğv edib.
İsveçrənin qanunverici orqanının yaydığı məlumatda bu qərarın “hazırkı siyasi vəziyyətlə” bağlı olduğu bildirilir.

İsveçrə parlamenti Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin sentyabrın 23-24-nə planlaşdırılan rəsmi səfərini ləğv edib.

Narışkin 23-24 sentyabrda iki ölkənin arasında diplomatik münasibətlərin qurulmasının 200 illik yubileyinin bayram edilməsinə İsveçrəyə dəvət edilmişdi.

Narışkinin adı Avropaya və ABŞ-a girişi qadağan edilən Rusiya məmurlarının siyahısına daxil edilib. Bununla belə, apreldə Narışkin SSRİ-nin və Birinci dünya müharibəsinin 60-illiyi münasibəti ilə YUNESKO-un dəvəti ilə Parisdə olub.

Bundan başqa, o, sentyabr ayında Paris şəhərində keçiriləcək Avropanın Məsləhət Şurasının Parlament Məclisinin Prezident komitəsinin iclasında iştirak etməyə dəvət alıb.


Teqlər:





Xəbər lenti