Aleyna Tilki və başqa məşhurlar narkotik ittihamı ilə saxlanılıblar

  Aleyna Tilki və başqa məşhurlar narkotik ittihamı ilə saxlanılıblar
  18 Dekabr 2025    Oxunub:1619
Türkiyədə son günlər məşhur şəxslər arasında aparılan narkotik əməliyyatı çərçivəsində aktrisa İrəm Sak, sosial media fenomeni Danla Biliç, Müminə Sənna Yıldız və müğənni Aleyna Tilki İstanbul şəhərində saxlanılıblar.
Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, əməliyyat İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən həyata keçirilib. Saxlanılan məşhur şəxslər narkotik və ya psixotrop maddə istifadəsində, habelə bu maddələrin satın alınması və saxlanılmasında şübhəli bilinirlər.

Eyni saatlarda baş tutan əməliyyat nəticəsində yuxarıda adları çəkilən şəxslər yaxalanıblar. Müminə Sənna Yıldızın evində aparılan axtarış əsnasında 5 gram marixuana ve marixuana üyütmə aparatı aşkarlanaraq götürülüb.

İttiham üzrə digər şübhəli şəxslər: müğənnilər Yusif Güney, Cihan Şənözlü və sosial media fenomeni Melisa Döngəl isə yaşadıqları ünvanlarda tapılmayıblar. Onların axtarışı üzrə tədbirlər davam etdirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   məşhurlar   narkotik   ittiham  



Xəbər lenti