Saakaşvili 8 milyonluq “cinayətindən” danışdı

Saakaşvili 8 milyonluq “cinayətindən” danışdı
  15 Avqust 2014    Oxunub:3005
Onlar məni büdcədən 8 milyon dollar israf etməkdə günahlandırırlar.
AzVision.az-ın məlumatına görə, bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Facebook səhifəsində bildirib.

“Göründüyü kimi, heç nə “Gürcü Arzusu”nu ölkənin reputasiyasını dağıtmaqdan çəkindirə bilmir. Onların rusiyalı ortaqlarının könlünü almaq cəhdi heç bir sərhəd tanımır.

Öncə onlar məni milyardlarla dolları mənimsəməkdə günahlandırdılar, lakin sonradan bunu təsdiq edəcək heç bir sübut tapmadılar. İndisə onlar məni büdcədən 8 milyon dollar israf etməkdə günahlandırırlar. Əgər onlar bizim vətənimizin taleyinə görə cavabdeh olmasaydılar, onların təqib etmək fantaziyası və bundan fiziki asılılığı gülməli görünərdi.

Öz tarixi günlərini yaşayan qardaş Ukrayna xalqını nümayişkaranə şəkildə dəstəkləmək əvəzinə onlar bütün güc və resurslarını gürcü vətənpərvərlərinin təqib və həbslərinə sərf edirlər.

Tarix onları mühakimə edəcək, lakin bundan əvvəl gürcü xalqı onlara öz yerini göstərəcək” – deyə, Saakaşvili yazıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti