Erməni girovun cəsədi dəyişdirilə bilər

Erməni girovun cəsədi dəyişdirilə bilər
  15 Avqust 2014    Oxunub:6111
Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanda əsirlikdə ölən Ermənistan vətəndaşının meyitinin geri qaytarılması ilə bağlı danışıqlar aparır.
AzVision.az-ın məlumatına görə, bu barədə Ermənistan müdafiı naziri Seyran Ohanyan bildirib.

“Biz hazırda Beynəlxalq Qızıl Xaç Komitəsilə əməkdaşılıq edirik. Komitə Karen Petrosyanının meyitinin geri qaytarılması və ya dəyişdirilməsi ilə bağlı danışıqlar aparır”, – deyə, Ohanyan bildirib.

Avqustun 8-də səhər saatlarında erməni diversant qrupunun ələ keçirilmiş üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib.

İlkin ehtimala görə, K.Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub.

Hazırda Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Gəncə regional bölməsinin ekspertləri ölümün səbəblərini dəqiqləşdirir.

Hadisə barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi məlumatlandırılıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti