Rusiya “fast food”a vergi tətbiq edəcək

Rusiya “fast food”a vergi tətbiq edəcək
  15 Avqust 2014    Oxunub:1917
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Qanuna əsasən”fast food”a tətbiq ediləcək vergi dərəcəsi 23 faiz olacaq. Bu verginin dörd faizi Federal büdcəyə, 19 faizi isə regional büdcəyə köçürüləcək. Vergidən əldə olunacaq gəlir Rusiyada əhalinin sağlamlığının bərpasının sisteminin inkişafı üçün istifadə olunacaq.

Qanun ilk növbədə “McDonalds”, “Burger King”, “KFC”, “Subway”, “Starbucks”, “Papa John‘s” kimi məşhur şirkətlərə qarşı tətbiq ediləcək.

Deputatın sözlərinə görə, Rusiya əhalisində müşahidə olunan xəstəliklərin təxminən yarısı yalnış qidalanma ilə bağlıdır. Ona görə də dövlət bu sektoru nəzartə götürməlidir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti