Rusiya Ukraynaya ikinci dəfə nota verdi
“Biz operativ kanallarla sorğu edərək Ukrayna XİN-inə ikinci dəfə müvafiq nota göndərdik” – deyə, Rusiyanın Ukraynadakı səfirliyinin yaydığı məlumatda bildirilir. Hazırda diplomatik missiyanın əməkdaşları itən foto-müxbirin axtarışlarını davam etdirir.
Səfirlikdən bildirilib ki, Ukrayna rəhbərliyi hələdə bazar ertəsi bu ölkəyə təqdim edilən ilk notaya cavab verməyib.
Rusiya KİV-nin məlumatına görə, Stenin avqustun 5-də “Sağ sektor”un yaraqlıları tərəfindən saxlanılıb.
Eldar Tanrıverdiyev
Teqlər: