Gəlir vergisində kimlərə güzəşt ediləcək? I Deputat açıqlayıb
Bununla yanaşı, bir sıra vətəndaşlarımızda güzəşt məbləği daha yüksək müəyyənləşib. Şəhid statusu almış şəxslərin valideynlərinin, dul həyat yoldaşlarının və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır. Yəni özəl sektorda çalışan həmin vətəndaşlarımız 800 manatadək, maaş alırlarsa heç bir vergi ödəməyəcəklər. 1000 manat maaş aldıqları halda isə, cəmi 6 manat (1000 manat-800 manat X 3 faiz) vergi ödəyəcəklər. Eyni güzəştlər vətən müharibəsi qəhrəmanlarına və milli qəhrəmanlara da şamil olunur”.
“ Qazilərimiz, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış vətəndaşlarımızın gəlirindən isə 400 manat azaldılır. Yəni gələn ildən etibarən özəl sektorda onların maaşları minimum əməkhaqqı məbləğindədirsə, vergi ödəməyəcəklər. 1000 manat maaş aldıqları halda isə 18 manat (1000 manat- 400 manat X 3 faiz) vergi ödəyəcəklər.
Qanunvericiliklə birinci qrup əlilliyi olan vətəndaşlarımız, məcburi köçkünlər və bir sıra digər vətəndaşlarımız üçün də müəyyən vergi güzəştləri nəzərdə tutulur. Bütün bunlarla yanaşı, son illər ölkəmizdə orta aylıq əməkhaqqı məbləğlərində artım faizlərini nəzərə alaraq güzəşt məbləğlərinin artırılması məqsədəuyğun olardı”, - deputat əlavə edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


