İŞİD-dan görünməmiş vəhşilik: 80 ölü
Kütləvi qətl hadisəsi avqustun 15-i günorta saatlarında baş verib. İŞİD yaraqlıları avtomobillərdə kəndlərdən birinə gələrək burdakı əhalini öldürməyə başlayıb. Yerli rəhbərliyin fikrincə qətlin törədilməsinə səbəb kürdlərin sünnilik təriqətini qəbul etməkdən imtina etməsi olub. Bəzi məlumatlara görə İŞİD yaraqlıları daha sonra kənddəki qadınları da özləri ilə aparıblar.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
Eldar Tanrıverdiyev
Teqlər: