Təyyarə qəzaya uğradı: Ölənlər var

Təyyarə qəzaya uğradı: Ölənlər var
  16 Avqust 2014    Oxunub:1660
ABŞ-ın Texas ştatında “Cessna 414” tipli yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Hadisə Boui şəhəri yaxınlığında baş verib. Təyyarənin qəzaya uğraması nəticəsində 51 yaşlı pilot və onun 10 yaşlı oğlu həlak olub. Hazırda hüquq-mühafizə orqanı əməkdaşları qəzanın baş vermə səbəblərini araşdırır.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti