Britaniyada Fələstin səfirliyi açılıb

   Britaniyada Fələstin səfirliyi açılıb
  06 Yanvar 2026    Oxunub:843
Britaniyanın paytaxtı London şəhərində Fələstin Muxtariyyətinin səfirliyi fəaliyyətə başlayıb.
"Sky News" telekanalının rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, səfirliyin açılış mərasimində Fələstinin Britaniyadakı səfiri Hüsam Zomlot nitq söyləyib. O vurğulayıb ki, bu hadisə Britaniya-Fələstin münasibətlərində böyük bir mərhələdir:

"Səfirliyin fəaliyyətə başlaması xalqımızın suveren dövlətçilik və millətlər arasında bərabərlik hüququnun nişanəsidir. Bu əlamətdar hadisə Qəzzada, İordan çayının qərb sahilində, qaçqın düşərgələrində və başqa ölkələrdə yaşayan nəsillərimiz üçün varlığımızın silinə, həyatımızın dəyərsizləşdirilə bilməyəcəyinin sübutudur. Bir əsrdən çoxdur ki, öz müqəddəratını təyin hüququndan məhrum qalmış bir xalq üçün bu, möhtəşəm bir andır".

(Fələstinin Britaniyadakı səfiri Hüsam Zomlot)

Xatırladaq ki, 2025-ci ilin 21 sentyabrında rəsmi London Fələstin Muxtariyyətini rəsmi dövlət səviyyəsində tanımışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   Fələstin   səfirlik  



Xəbər lenti