Saakaşviliyə 450 minlik botoks ittihamı

Saakaşviliyə 450 minlik botoks ittihamı
  17 Avqust 2014    Oxunub:2259
Bu gün Gürcüstanın Baş Prokurorluğu sabiq prezident Mixail Saakaşvilinin özü və ailə üzvləri ilə bağlı kosmetik prosedurlar üçün dövlət büdcəsindən 673 min 263 lari (450 min dollar) xərclədiyi barədə sənədli materialları dərc edib.
İdarənin bəyanatında bildirilir ki, 2009-2012 illər ərzində M.Saakaşvili təkcə özü gözəllik salonlarında 399 min 495 lari (220 min dollar) xərcləyib. Bu vəsait əsasən Avropa ölkələrindəki klinikaların birində botoks və epilyasiya inyeksiyası üçün ödənilib.
Baş Prokurorluq avqustun 13-də M.Saakaşvilinin müxtəlif şəxsi ehtiyacları üçün dövlət büdcəsindən 8 milyon lari (5 milyon dollar) xərclədiyi barədə yaydığı məlumatla bağlı sübutları təqdim etməyə hazır olduğunu açıqlayıb. Dövlət Xüsusi Mühafizə Xidməti həmin vəsaiti dövlət başçısı üçün aşpaz və masajçı xidmətləri, mehmanxana, İtaliyada yaxta icarəsi üçün xərcləyib.

M.Saakaşivili 5 milyon dollar vəsaitlə bağlı ona ünvanlanan ittihama cavab verib. O bildirib ki, həmin vəsait Dövlət Xüsusi Mühafizə Xidmətinin büdcəsindən ölkənin populyarlaşdırılması və investisiya cəlb edilməsi üçün xərclənib.

Xatırladaq ki, M.Saakaşviliyə qarşı eyni vaxtda bir neçə cinayət işi açılıb.


Teqlər:





Xəbər lenti