Tramp: “ABŞ bir gündə 4 milyard dollar qazanıb”

      Tramp:    “ABŞ bir gündə 4 milyard dollar qazanıb”
  09 Yanvar 2026    Oxunub:1667
Vaşinqton Venesueladan neft satışından milyardlarla, bəlkə də trilyonlarla dollar qazanmağı planlaşdırır.
AzVision.az xəbər verir ki, Amerika lideri Donald Tramp “Fox News” telekanalına müsahibəsində belə deyib.

“Söhbət milyardlarla dollar neft gəlirindən gedir ki, bu da sonda yüz milyardlara, sonra isə trilyonlara çevriləcək. Ölkə (Venesuela) nizamlanana qədər orada olacağıq”, - Ağ Evin rəhbəri bildirib.

ABŞ-nin bir gündə 4 milyard dollar dəyərində Venesuela nefti aldığını iddia edən Donald Tramp bu rəqəmin artacağına söz verib.

ABŞ-nin saxladığı tankerlə bağlı yeni təfərrüatlar açıqlanıb
Onun sözlərinə görə, hazırda yanvarın 7-də Amerika qüvvələrinin ələ keçirdiyi “Marinera” tankerindən yanacaq boşaldılır. Sözügedən insidentdən sonra Rusiya prezidenti Vladimir Putinlə danışıb-danışmadığına dair sualı cavablandırmaqdan imtina edən ABŞ prezidenti “bu barədə danışmaq istəmədiyini” deyib.

Xatırladaq ki, yanvarın 7-də ABŞ hərbçiləri Rusiya bayrağı altında üzən “Marinera” neft tankerini Şimali Atlantikada saxlayıblar.

ABŞ-nin Avropa Komandanlığı gəminin Amerika sanksiyalarını pozduğuna görə federal məhkəmə qərarı əsasında saxlanıldığını açıqlayıb.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə, ABŞ hakimiyyətinin tankerin ekipajını məsuliyyətə cəlb etmək niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, Venesuelanın “kölgə donanmasına” dasxil olan “Marinera” tankeri məhdudiyyətlərə məhəl qoymayaraq qeyri-qanuni şəkildə bu ölkənin neftini daşıyırdı.

Rusiyanın Xarici İşlər nazirliyi, öz növbəsində, ABŞ-nin hərəkətlərini qeyri-qanuni adlandıraraq, Vaşinqtonu beynəlxalq dəniz qanunvericiliyinə əməl etməyə qayıtmağa çağırıb.



Teqlər:   ABŞ   Venesuela   qazanc  



Xəbər lenti