Riberi də millidən ayrıldı

Riberi də millidən ayrıldı
  17 Avqust 2014    Oxunub:1539
Miroslav Kloze, Stiven Cerrard, Frenk Lempard və Samir Nəsri kimi oyunçulardan sonra “Bavariya”nın (Almaniya) yarımmüdafiəçisi Frank Riberi də bir daha milli komandasının formasını geyinməyəcəyini açıqlayıb.
Frank Riberi dizindəki zədə səbəbilə Braziliyada keçirilən dünya çempionatında Fransa millisinə kömək edə bilməmişdi. Artıq bu problem geridə qalsa da, Riberi növbəti turnirlərdə də komandada çıxış etməyəcək.

Futbolçu bildirib ki, artıq getmək vaxtıdır. “Səbəb isə çox sadədir. Bundan sonra ailəmə daha çox vaxt sərf etmək, “Bavariya”nın çıxışına köklənmək istəyirəm”, - deyə o bildirib.

Riberi Fransa millisində ilk oyununu 2006-cı il mayın 27-də Meksika komandasına qarşı keçirib. Həmin il Almaniyada keçirilən dünya çempionatının gümüş medalını qazanıb. Otuz bir yaşlı futbolçu millinin heyətində meydana çıxdığı 81 oyunda 61 qol vurub.




Teqlər:





Xəbər lenti