Tramp: "Ordu hazırlaşır"

      Tramp:    "Ordu hazırlaşır"
  12 Yanvar 2026    Oxunub:1090
"ABŞ Ordusu rejimin etirazçıları öldürməsi fonunda İrana qarşı görüləcək mümkün tədbirləri nəzərdən keçirir".
Bu sözləri ABŞ Prezidenti Donald Tramp "Air Force One" təyyarəsində jurnalistlərə açıqlama verərkən dilə gətirib. O vurğulayıb ki, İran hökuməti qırmızı xətləri keçməyə başlayıb:

"Vəziyyət belə görünür. Öldürülməməli bir çox insan öldürülüb. Rejimin zorakı idarəçiliyini diqqətlə izləyirik. Ordu lazımi tədbirlər görmək üçün çox güclü variantları nəzərdən keçirir. Tezliklə qərar verəcəyik".

Donald Tramp bildirib ki, İranda baş verən etirazların gedişi barədə hər saat məlumat alır. Onun sözlərinə görə, keçən həftədən bəri hökumətin qərarı nəticəsində ölkədə internetə çıxış məhdudlaşdırılıb:

"Etirazçılara kömək məqsədilə "Starlink" peyk internet xidmətinin işə salınması üçün İlon Maskla danışacağam".
İran: "Müharibəyə hazırıq"

Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 27-sinə, ümumilikdə 92 şəhərə yayılıb. Məlumata əsasən, aksiyalarda indiyədək azı 40 nəfər ölüb, 50-dən çox insan yaralanıb, 2076 aksiya iştirakçısı saxlanılıb. ABŞ Prezidenti Donald Tramp yanvarın 2-də İran xalqına müraciət ünvanlayaraq diqqətə çatdırıb ki, Vaşinqton onlara hər an dəstək göstərməyə hazırdır. Rəsmi Tehran bu hədə-qorxunu pisləyib. Eyni zamanda, İsrailin Baş naziri Benyamin Netanyahu da etirazçıları dəstəklədiyini bildirib.

Əli Xamenei ölkədəki iğtişaşdan yaxasını qurtarıb Moskvaya qaçarsa, 2024-cü ilin dekabrında müxalif qüvvələrin devirdiyi sabiq Suriya prezidenti Bəşər Əsədlə oxşar aqibəti bölüşəcək. Xatırladaq ki, Bəşər Əsəd də məhz Rusiyaya qaçıb. Onun hazırda Moskvanın qərbində - bahalı və dəbdəbəli mülkləri ilə tanınan Rublyovka massivində yaşadığı deyilir. Maraqlıdır ki, rəsmi Moskva bu iddianı nə danır, nə də təsdiqləyir. 2025-ci ilin sentyabrında Suriya məhkəməsi ona qarşı qətl, işgəncə və qanunsuz həbs ittihamları ilə qiyabi həbs hökmü çıxarıb.

Eyni zamanda, sonuncu İran şahının oğlu, hazırda ABŞ-də yaşayan Rza Pəhləvi "Fox News" telekanalına müsahibəsində diqqətə çatdırıb ki, müvafiq şərait meydana gələndə İrana qayıtmağa, teokratik hakimiyyətə qarşı mübarizəyə qoşulmağa hazırdır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İran   etirazlar   gərginlik  



Xəbər lenti