“Qarabağ”-dan polisə müraciət

“Qarabağ”-dan polisə müraciət
  17 Avqust 2014    Oxunub:1461
“Qarabağ” futbol klubu bəyanat yayıb.
AzVision.az xəbər verir ki, klubun rəsmi saytında yer alan bəyanatda deyilir ki, avqustun 21-i “Qarabağ”Avroliqanın play-off mərhələsi çərçivəsində Hollandiya təmsilçisi “Tvente”ni qəbul edəcək.

“Oyuna marağın böyük olduğunu nəzərə alaraq, dünəndən bilet satışı başlanıb və artıq beş mindən çox bilet satılıb. Bilet satışı zamanı bir sıra problemlərin yarandığını nəzərə alaraq “Qarabağ” FK rəhbərliyi kassa önündəki “qara-bazar”ı yığışdırmaq üçün Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə müraciət edib. Kassadan rahat bilet alınması üçünsə kassa ətrafına şəxsi mühafizəçilər yerləşdirilib” – deyə bəyanatda bildirilir.


Teqlər:  





Xəbər lenti