"Əlbəttə, "Pentaqon" İranın mümkün cavab tədbirlərindən də narahatdır. Çünki Venesuela məsələsi fonunda Vaşinqtonun Yaxın Şərqdə genişmiqyaslı hərbi əməliyyata başlamaq üçün lazımi resursları yoxdur".
|
| Erməni mütəxəssis: "İranda aksiyalar rejimi dəyişdirməyəcək" | VİDEO |
Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 27-sinə, ümumilikdə 92 şəhərə yayılıb. Britaniyada fəaliyyət göstərən farsdilli "Iran International" telekanalının öz mənbələrinə istinadən yaydığı məlumata əsasən, son günlərdə hökumət tərəfindən ən azı 12 min nəfər aksiya iştirakçısı qətlə yetirilib: "Bu, ölkənin müasir tarixində ən böyük qırğındır".
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


