“Aspirant və magistrlar əsgər getməli deyil”

“Aspirant və magistrlar əsgər getməli deyil”
  24 Aprel 2013    Oxunub:1563
«Elmə dəstək fondu yaradılmalıdır».
AzVision.az xəbər verir ki, AMEA-nın illik yığıncağında çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov universitetlə akademiklər arasında böyük əməkdaşlıq olduğunu vurğulayıb. Rektor bildirib ki, onun rəhbərlik ediyi ali məktəbdə 200-ə yaxın akademik çalışır.

«1800 elmlər doktoru varsa, onun 1200-ü ali məktəblərdə, 600-ü isə akademiyada çalışır. Bu isə o deməkdir ki, akademiya ilə ali məktəblər arasında sıx əlaqə var».

A.Məhərrəmovun sözlərinə görə, büdcədən yalnız tələbələrin oxumasına pul ayrılır. Rektor qeyd edib ki, cihazların alınmasına və tələbələrin elmi fəliyyətinə pul ayrılmır.

«Elm haqqında» qanun layihəsi var və bu maddə orada yoxdur. Fikirləşirəm müzakirə edək və bu məsələdə oraya salınsın. Elmə maraq artırılmalıdır. Aspirantura və magistratura oxuyan oğlanlar əsgər getməli deyil. Oğlanlar əsgər gedib gəldikdən sonra, yalnız qiyabi oxuyurlar. Heç kim əyani oxumaq istəmir. Keçən il Bakı Dövlət Univeritetində 182 nəfər işə qəbul olundu, onların 80 faizi qız idi».

Sonda BDU-nun rektoru bildirib ki, Elmə dəstək fondu yaradılmalıdır.

«Bakı Dövlət Universitetində 89 qrant layihəsi işlənir ki, bununda 56-sı beynəlxalq layihədir. Bu, ümumilikdə 7 milyon manat deməkdir. Bunlar cihazların alınmasına yönələcək. Gənclər üçün elmə dəstək fondu yaradılmalıdır. Xaricdə belə təcrübə var ki, imkanı olanlar bu fonda pul ayırır. Bizdə də bu olmalıdır»-deyə rektor vurğulayıb.

Sevinc İltifatqızı




Teqlər:  





Xəbər lenti