Kürdlər İŞİD-ə ağır zərbə vurdu

Kürdlər İŞİD-ə ağır zərbə vurdu
  18 Avqust 2014    Oxunub:3936
İraqın şimalında gedən döyüşlər zamanı kürdlər İŞİD tərəfindən ələ keçirilən ölkənin ən böyük su elektrik staniyasını azad edib.
Azvision.az-ın `Frans Press` agentliyinə istinadən verdiyi məlumata görə, Mosul yaxınlığında yerləşən su elektrik stansiyasının azad olunmasında kürdlərə ABŞ aviasiyası da yardım edib.

Avqustun 7-də İŞİD yaraqlıları tərəfindən ələ keçirilən “Mosul” Su Elektrik Stansiyası İraq şimal vilayətlərini elektrikenerjisi və içməli su ilə təmin edir. Bu stansiyanın dağıdılması İraqın bir neçə böyük şəhərini su altında qoya bilərdi.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti