Onun sözlərinə görə, enerji infrastrukturunun zədələnməsi səbəbindən yanacaq ehtiyatlarının təxminən 20 gün davam edəcəyi təxmin olunur. Ən mürəkkəb vəziyyət paytaxt Kiyevdə, Odessa vilayətində və cəbhəyanı bölgələrdədir.
“Ruslar kritik infrastrukturu hədəf almaq üçün bütün arsenalından istifadə edirlər: ballistik raketlər, qanadlı raketlər və modernləşdirilmiş pilotsuz təyyarələr. Keçən il onlar məqsədyönlü şəkildə enerji sektoruna 612 kobinasiyalı hücum həyata keçiriblər. Ukraynada müharibə zamanı düşmən zərbələrinə məruz qalmayan bir elektrik stansiyası yoxdur. Minlərlə meqavatlıq generasiya gücü məhv edilib”, - Denis Şmıqal vurğulayıb.
|
| Rusiya Ukraynaya hava zərbələri endirib |
Ukrayna rəsmiləri daha əvvəl bildirmişdilər ki, ölkənin elektrik şəbəkəsi güc məhdudiyyətləri altında işləməyə davam edir, gedən döyüşlər və infrastruktura təkrar zərbələr nəticəsində bərpa işləri çətinləşib.
Xatırladaq ki, Rusiyanın Ukraynanın Lvov vilayətinə “Oreşnik” raketləri ilə zərbələrindən sonra Kiyevin təşəbbüsü ilə yanvarın 12-də BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclası keçirilib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


