Qərb ABŞ ilə ticarət sazişinin ratifikasiyasını dayandırır

   Qərb ABŞ ilə ticarət sazişinin ratifikasiyasını dayandırır
  19 Yanvar 2026    Oxunub:491
Avropa Parlamenti ABŞ Prezidenti Donald Trampın son təhdidləri fonunda Avropa İttifaqı ilə ABŞ arasında ötən yay imzalanmış ticarət sazişinin ratifikasiyasını dayandırır.
Bu barədə AP-də aparıcı fraksiya olan Avropa Xalq Partiyasının sədri Manfred Veber ZDF telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu qərar Vaşinqtona göndərilən ilk siyasi siqnaldır və Amerika məhsullarının Aİ bazarına rüsumsuz girişini sual altına alır.

26 yanvarda Avropa Parlamentinin üzvlərinin 2025-ci ilin yayında Brüssel və Vaşinqton arasında əldə edilən razılaşmanın əsas məqamlarından biri olan Amerika sənaye mallarına tariflərin ləğvi ilə bağlı qurumun mövqeyinə səs verməsi planlaşdırılırdı. Lakin, Trampın açıqlamalarından qəzəblənən bəzi qanunvericilər səsvermənin keçirilməsini istəmirlər və bununla da tariflərin ləğvi qərarını dondururlar.

Qeyd edək ki, Tramp Avropanın bir sıra ölkələrinə qarşı 10 faiz idxal tarifləri tətbiq ediləcəyini, iyun ayından etibarən isə bu rüsumların 25 faizə qədər artırılacağını açıqlayıb.
AzVision.az




Teqlər:



Xəbər lenti