Ərdoğan: “Suriya terrorçulardan təmizlənməlidir”

      Ərdoğan:    “Suriya terrorçulardan təmizlənməlidir”
  19 Yanvar 2026    Oxunub:1431
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın müvəqqəti prezidenti Əhməd Əl Şara ilə telefon danışığında Suriya ərazisinin terror təhdidlərindən tamamilə təmizlənməsinin vacibliyini vurğulayıb.
AzVision.az xəbər verir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəftərxanasının yaydığı məlumatda belə deyilir.

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın suriyalı həmkarı Əhməd əl-Şaraa ilə keçirdiyi telefon söhbətində ikitərəfli əlaqələrlə yanaşı, Suriyadakı son hadisələr də müzakirə olunub. Prezidentimiz Türkiyənin Suriyanın ərazi bütövlüyünə, birliyinə, həmrəyliyinə, sabitliyinə, təhlükəsizliyinə böyük önəm verdiyini vurğulayıb. O, bəyan edib ki, Suriya ərazisinin terrordan tam azad olunması həm Suriyanın özü, həm də bütün region üçün vacibdir”, - bəyanatda deyilir.

Türkiyə lideri bildirib ki, “Anakaranın Suriyaya, xüsusən də terrorla mübarizədə dəstəyi davam edəcək”.

Telefon danışığı Suriya ordusunun “Suriya Demokratik Qüvvələri (SDQ)” kürd koalisiyasına qarşı davam edən əməliyyatı fonunda və yanvarın 18-də tərəflər arasında atəşkəs sazişinin bağlanmasından sonra baş tutub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ərdoğan   Suriya   terrorçuluq  



Xəbər lenti