“Tramp maqnit kimi hərəkət edir. Bundan əlavə, o, beş nazirinin də daxil olduğu yüksək səviyyəli nümayəndə heyətinə rəhbərlik edir. Davosda əvvəlki illərdə olduğu kimi, amerikalı konqresmenlər və ştat qubernatorları, eləcə də ABŞ-nin iri korporasiyalarının rəhbərləri iştirak edəcəklər”, - xəbərdə vurğulanır.
Portalın fikrincə, Tramp Davosda yalnız “görüşlər keçirməyəcək” , həm də “geosiyasi ambisiyalarının müdafiəsində istrarlı olduğunu” sərgiləyəcək.
|
| Avropa Trampa cavab hazırlayır |
Bu arada, “Financial Times (FT)” qəzeti DİF iştirakçılarının Trampın xarici siyasətindən dərin narahat olduqlarını bildirdiklərini yazır. Belə ki, Venesuela prezidenti Nikolas Maduronun oğurlanmasından sonra İsveçrədə Amerika liderinin İrana qarşı döyüşkən mövqedən çıxış edəcəyi gözlənilir.
- Trampın zahiri münasibəti nəzərəçarpacaq dərəcədə hörmətli olaraq qala bilər. Ancaq təbəssümlərin və əlsıxmaların arxasında ABŞ-nin xarici siyasətinin istiqaməti və onun beynəlxalq münasibətlərə təsirləri ilə bağlı dərin narahatlıq dayanır”, - nəşr qeyd edir.
Materialda xatırladılır ki, seçki kampaniyası zamanı Tramp sülhpərvər olmaq və ABŞ-ni yeni münaqişələrə cəlb etməkdən çəkinmək niyyətini açıqlamışdı. Lakin onun müşavirlərinin də israr etdiyi təmkin müddəti bitmiş kimi görünür. Bu baxımdan, Birləşmiş Ştatlar Yaxın Şərq və Latın Amerikasında “Tramp çalarında sərt müdaxiləçiliyə” qayıdıb.
Nəşrin iddiasına görə, NATO-nun əsas sütunu olan ABŞ ilə münasibətlərin daha da pisləşməsindən çəkinən Avropa liderlərinin əksəriyyəti Venesuela ilə bağlı bəyanatlarında ehtiyatlı davranırlar. Eyniz manada, Avropa İttifaqının (Aİ) və NATO-nun üzvü Danimarkanın bir hissəsi olan Qrenlandiya ətrafında vəziyyət ayrıca müzakirə edilir.
ABŞ-nin Qrenlandiyada güc və ya adanı təhvil verməkdən boyun qaçırdığı üçün Kopenhagenə qarşı sanksiyalar tətbiq etmək cəhdi NATO üçün fəlakətli nəticələrə səbəb ola bilər.
“Avropa liderlərinin Davosda Trampa və onun ətrafına çatdırmaq niyyətində olduqları mesaj məhz budur. Tramp özünü sülhpərvər və problem həll edən bir siyasətçi kimi göstərməyi xoşlayır. Lakin onun Davosdakı və dünyanın hər yerindəki auditoriyası yaşayacağımız ildə daha sarsıdıcı hadisələrə hazır olmalıdır”, - qəzet xəbərdarlıq edir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


