Rusiyadan ABŞ və Avropaya qarşı yeni sankiyalar

Rusiyadan ABŞ və Avropaya qarşı yeni sankiyalar
  18 Avqust 2014    Oxunub:2262
Rusiya ABŞ və Avropa İttifaqına (Aİ) yeni sankiyalar paketi hazırlayıb.
AzVision.az-ın məlumatına görə, bu barədə Rusiyanın “Vedomosti” qəzeti hökumətdəki mənbəyə istinadən xəbər verir.

Məlumata əsasən bununla bağlı təklif artıq Rusiya prezidenti Vladimir Putinə göndərilib.

“Aİ və ABŞ Rusiyaya qarşı sektorial sankisyalar tətbiq etdikdən sonra hökumət prezidentə genişmiqyaslı cavab sankiyalar özündə əks etdirən hesabat ünvanlayıb. Lakin Putin yalnız ərzaq idxalının məhdudlaşdırılmasını tapşırdı” –deyə, mənbə bildirib.

Onun sözlərinə görə, Aİ və ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirsə, Rusiyanın buna cavabı çox ağır olacaq.

Məlumata əsasən, mümkün sanksiyalardan biri hətta düşmən ölkələrdən avtomobil idxalının tam və ya qismən məhdudlaşdırılmasıdır.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti