Paşinyan Alen Simonyana əvəz tapıb

   Paşinyan Alen Simonyana əvəz tapıb
  21 Yanvar 2026    Oxunub:1073
Ermənistanın baş naziri Nikol Paşinyan iyunda keçiriləcək seçkilərdən sonra baş müşaviri Lilit Makuntsu parlamentin spikeri postunda görmək niyyətindədir.
AzVision.az xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri belə məlumat yayıb.

“Hökumət başçısı partiyadaxili səsverməni elə qurmağı planlaşdırır ki, seçki siyahılarını təsdiq edərkən Ermənistanın ABŞ-dəki keçmiş səfiri ən çox səs toplasın”, - xəbərdə deyilir.

Qəzetin iddiasına görə, Paşinyan prosesin formal demokratik xarakterini nümayiş etdirmək istəyir, ona görə də səsvermənin iki mərhələdə keçirilməsi planlaşdırılır. Birinci mərhələdə nümayəndələr siyahıda yerləri müəyyənləşdirmədən 50 namizədi seçəcəklər. İkinci mərhələdə konkret vəzifələr məlum olacaq.

Nəşr vurğulayır ki, Nikol Paşinyan məhz ikinci mərhələdə Lilit Makuntsun hakim partiyanın seçki siyahısında yüksək yer tutmasını təmin etmək niyyətindədir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Paşinyan   Simonyan   Makunts  



Xəbər lenti