Orta Dəhlizdə yükdaşımalar kəskin artıb

   Orta Dəhlizdə yükdaşımalar kəskin artıb
  23 Yanvar 2026    Oxunub:1855
Orta Dəhlizdə yükdaşımaların həcmi son 5 ildə 7 dəfə artıb və bu, alternativ dəhlizin Gürcüstan üçün təhlükə yaratmadığını təsdiqləyir.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Imedi TV-yə müsahibəsində söyləyib.

“Yeganə vəzifə artan yük dövriyyəsinə çatmaq üçün infrastrukturu maksimum dərəcədə artırmaqdır. Belə artım şəraitində alternativ dəhliz yalnız tranzit funksiyanı tamamlayacaq. Qonşularımız arasında münasibətlərin bərpasını və ticarət-iqtisadi əlaqələrin inkişafını alqışlayırıq.

Tranzit funksiyamıza gəldikdə isə bunun inkişafına çox böyük investisiyalar yatırırıq. Bu, tranzitin daim artması ilə bağlı müsbət gözləntilərə əsaslanır”- deyə, Kobaxidze bildirib.

AzVision.az


Teqlər: Dəhliz   Tranzit   Gürcüstan  



Xəbər lenti