Kılıçdaroğlunun müavini istefa verdi

Kılıçdaroğlunun müavini istefa verdi
  18 Avqust 2014    Oxunub:1378
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Məhərrəm İncə tutduğu vəzifədən istefa verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sədr müavini partiya sədrliyinə namizəd olacağını açıqlayıb:

“Partiya sədri seçilsəm ilk işim nizamnaməni dəyişmək olacaq. Partiyada demokratiya bərqərar olacaq. Millət vəkilliyi üçün namizədlər partiya daxilində seçki ilə müəyyən olunacaq. Nizamnamə dəyişəcək partiya sədri sədrlik kürsüsünə yapışmayacaq”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti