“Tibb Universitetinin diplomu hər yerdə tanınır”

“Tibb Universitetinin diplomu hər yerdə tanınır”
  24 Aprel 2013    Oxunub:9781
«Avropa və ABŞ-da gələn mütəxəssislər bizim avadanlıqlara baxıb həsəd aparırlar».
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov deyib. Rektor bildirib ki, xaricdə tibb sahəsi üzrə təhsil alan azərbaycanlı tələbələrin diplomlarının tanınması üçün bir qayda var. İstənilən xarici ölkədə təhsil alan tələbə ölkəyə gələrsə mütləq imtahan verməlidir.

«İmtahan verəndən sonra həmin həkim fəaliyyətə başlaya bilər. Bizim diplomların dünyada tanınmaması ilə bağlı mətbuatda gedən məlumalara fikir vermirəm və bunlar yalnışdır. Bizim universitetin diplomu hər yerdə tanınır».

ATU-nun rektoru rəhbəri olduğu universitetin avadanlıqlarının Milli Elmlər Akademiyasının avadanlıqlarından qat-qat yaxşı olduğunu deyib.

«Cənab prezidentin sərəncamı ilə Tibb Universitetinin yeni klinikaları tikilir və həmin klinikalar ən müasir avadanlıqlarla təchiz olunurlar. Hətta Avropa və ABŞ-da gələn mütəxəssislər bizim avadanlıqlara baxıb həsəd aparırlar. Belə müasir avadanlqıların akademiyada olması daha vacidbir. Bu gün biologiya, tibb elmləri sahəsində avadanlıqlara ehtiyac var».

Diaqnostika mərkəzlərinin kadrla təmin olunması məsələsinə də münasibət bildirən Ə.Əmiraslanov, bizdə kifayət qədər kadrların olduğunu bildirib. Rektor qeyd edib ki, həm bizim, həmdə dünyanın klinikalarında işləyə biləcək savadlı mütəxəssislərimiz kifayət qədərdir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti